Mingəçevirdə yataqxanada yanğın olub

Mingəçevirdə yataqxanada yanğın olub

Mingəçevir şəhərində dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Digər mənzillər yanğından mühafizə edilib.

Alov yanğın bölmələri tərəfindən söndürülüb..

Bütün xəbərlər Facebook səhifəmizdə