Bakıda 82 yaşlı kişinin meyiti tapılıb

Bakıda 82 yaşlı kişinin meyiti tapılıb

Bakıda 82 yaşlı kişinin meyitii tapılıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb, orada aşkarlanan 1936-cı il təvəllüdlü Koneev Ramazan Soberjanoviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə