İtaliyada ağır yol qəzası olub

İtaliyanın Breşia şəhəri yaxınlığında ağır yol qəzası baş verib.

SİA-nın verdiyi məlumatına görə, yanacaq daşıyan maşınla digər yük maşını və minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 5 nəfər, o cümlədən 2 uşaq və yük maşınının sürücüsü yanaraq həlak olub.

Minik avtomobilində olanlar Fransa vətəndaşları olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə