Bakıda yeddi, Qazaxda beş otaqlı ev yandı

Bakıda yeddi, Qazaxda beş otaqlı ev yandı

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli, 7 otaqlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Qazax rayonu, Çaylı kəndində isə ümumi sahəsi 120 m² olan birmərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə