Moskva şimal-qərbində "Skhodnenskaya" metro stansiyasının yaxınlığında xidmət avtobusu dayanacağa daxil olaraq insanların üstündən keçib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən olmayıb.
Moskvanın nəqliyyat xidmətindən açıqlanan məlumata görə, hadisə nətiəsində 3 nəfər zərər çəkib. Zərərçəkənlər arasında uşaq olmayıb. Hadisə ilə bağlı açıqlama verən şəhər meri Sergey Sobyanina bildirib ki, yaralananlara yardım edilir, onların həyatları üçün heç bir təhlükə yoxdur.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB