Tovuz rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. SIA-nın məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib. Kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynov Arif İslam oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. A.Hüseynov halsız vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB