Qəbələdəki oteldə ərəb turist ölüb

Qəbələdəki oteldə ərəb turist ölüb

Qəbələ rayonunda yerləşən otellərdən birində qalan ərəb turist ölüb. Report xəbər verir ki, hadisə “Qafqaz Sport Hotel”də qeydə alınıb. Məlumata görə, BƏƏ vətəndaşı, 1940-cı il təvəllüdlü Ayişə Məhəmmədin oteldə meyiti tapılıb.

Ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə