Gəncədə avtomobil iki piyadanı vurub

Gəncədə avtomobil iki piyadanı vurub

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Yeni Gəncə qəsəbəsində Tofiq Quliyevin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili Daşkəsən rayon sakinləri, 54 yaşlı Qafqaz Rəhimov və 45 yaşlı Etibar Bağırovu vurub.

Ağır xəsarət alan piyadalar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qafqaz Rəhimov vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumata əsasən, hadisə zamanı piyadalar sərxoş vəziyyətdə olublar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə