Paytaxtda avtomobil, Agcabədi rayonunda ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Agcabədi rayonunda isə ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evin bir otağının qamışdan ibarət tavanı 40 kv.m sahədə, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB