Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada, Tufandağı istiqamətində yürüşə çıxan və geri qayıtmayan üç alpinistin axtarışı ilə bağlı məlumat yayıb.
SİA FHN-in saytına istinadla xəbər verir ki, dekabrın 26-da axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun üç üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb.
FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB