Zavod ərasində yanğın

Bu gün Qax rayonunda asfalt zavodunun ərazisində həcmi 16 ton olan qır çəlləyinin üzərindəki qır qalıqları 3 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın bölmələri çatana kimi yanğın zavodun işçiləri tərəfindən söndürülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə