Həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Həyat yoldaşını öldürərək ölkədən qaçmaq istəyən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 20-də Binəqədi qəsəbəsində yaşayan Rasim Çəltikov evində münaqişə zəminində arvadı Arifə Çəltikovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib, nəticədə qadın hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən R.Çəltikovun getdiyi istiqamət müəyyən edilib. O, Xaçmaz rayonu ərazisində “Yalama” Sərhəd Keçid Məntəqəsində Binəqədi RPİ-nin 4-cü Polis Bölməsi və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə