Qanunsuz mobil telefon gətirilməsinin qarşısı alınıb

Qanunsuz mobil telefon gətirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin dam örtüyünün altında 8 ədəd "Samsung Galaxy J3-6" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə