Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
SİA-nın verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Cahangirov Orxan İlqar oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və əşyalarına baxış keçirilən zaman gizlətdiyi alışqanın içərisindən 1,67 qram marixuana aşkar edilib.
Fakt üzrə araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB