Neftçala və Hacıqabulda ev yanıb

Neftçala və Hacıqabulda ev yanıb

Neftçalanın Xolqaraqaşlı kəndində ümumi sahəsi 77 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hacıqabulda da ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğın olub. Evin 1 otağında yataq dəsti və döşəmə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə