2017-ci ildə terror hadisələri bütün dünyanı əhatə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, terror hücumlarının sayı hər il daha da artır.
Hadisəni törədənlər təkcə qan tökmək üçün lazımi yerlər seçməyiblər, onlar qan tökmək üçün yeni ölüm metodlarından istifadə ediblər.
Türkiyə
2017-ci il Türkiyədə gecə klublarının birində baş verən terror hadisəsi ilə başlayıb. Belə ki, cari ilin yanvarın 1-də İstanbulda baş verən hadisə zamanı məkanda yeni il bayramını qeyd edən 700 nəfər olub. İlk atışma səslərindən sonra insanlar ölümdən xilas olmaq üçün özlərini Boğaza atıblar. Dəhşətli silahlı hücum nəticəsində Yeni il gecəsi 39 nəfər həyatını itirmiş, 70 nəfər müxtəlif xəsarət almışdı. Ölənlərdən 16 nəfəri Türkiyə başqa ölkələrdən gələn turistlər olub.
Terrorçu, bütün xristianlardan törətdikləri cinayətlərinə görə intiqam almaq istədiyi üçün hücum etdiyini açıqlayıb.
Rusiya
Cari ilin 3 aprel tarixində yerli vaxtla təxminən 15 radələrində Sankt-Peterburqun mərkəzində “Sennaya Ploshchad" və "Texnoloji İnstitut" metro stansiyaları arasında güclü partlayış baş verib. Terror aktı Qırğızıstan vətəndaşı Akbarjon Cəlilov tərəfindən həyata keçirilib. Hadisə nəticəsində 16 nəfər ölüb, 55 nəfər isə yaralanıb.Aparılan araşdırmalara görə, metroda baş verən partlayış “Təvhid Wal-Cihad" terror qrupu tərəfindən həyata keçirilib. Hadisədən sonra “İslam dövləti” terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.
Böyük Britaniya
2017-ci ilin mayın 22-də Böyük Britaniyanın “Mançester Arena” da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı terror hadisəsi baş verib. Partlayış intiharçı tərəfindən həyata keçirilib. Terror hadisəsi zamanı 22 nəfər ölüb, onlardan 12 nəfəri uşaq olub. 120 nəfər isə yaralanıb.
İyunun 4-də Londonda insanlığa qarşı növbəti terror hücumu həyata keçirilib. Belə ki, terrorçular yoldan keçən günahsız insanları bıçaqla kəsiblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 20 nəfər yaralanıb.
Hüquq mühafizə orqanlarının məlumatına görə, hücum 3 terrorçu tərəfindən həyata keçirilib. Terrorçular hadisə yerində güllələniblər. Araşdırmalar nəticəsində Londonda dəhşətli hücumda əli olan 12 nəfəri saxlanılıb.
İspaniya
Cari ildə İspaniyada terror hücumu ilk olaraq Barselonada həyata keçirilib. Belə ki avqustun 17-də yük maşını insanların üzərindən keçmişdi. Yük maşınının sürücüsü sürətini artıraraq daha çox insanın üstündən keçməyə çalışıb. Sürücü avtomobil dayanan qədər 600 metr məsafəni insanların üzərinə sürüb. Hadisə nəticəsində 5-i uşaq olmaqla 13 nəfər ölüb, 100 nəfərdən çox şəxs isə yaralanıb. Terror hadisəsindən 18 dövlətin nümayəndəsi ziyan çəkib.
Lakin hadisədən bir neçə saat sonra İspaniyada oxşar hadisə Barselonadan 120 kilometr aralıda yerləşən turistik şəhər olan Cambrilsdə baş verib. Terrorçular sahildə gəzən insanların üzərindən avtomobillə keçmək istəyiblər. Ancaq hüquq-mühafizə orqanları təhlükəni vaxtında aradan qaldıra biliblər. Terrorçular hadisəni ani olaraq həyata keçirdiklərinə görə, 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Terrorçular həmçinin iki partlayış da həyata keçiriblər. Partlayış zamanı 1 nəfər həyatını itirib.
ABŞ
Bu il ABŞ-da minlərlə turistin toplaşdığı şəhərdə silahlı hücum olub. Oktyabrın 1-də silahlı şəxs 40 min nəfərin iştirakı ilə Las-Veqasda həyata keçirilən festival zamanı atəş açıb. Təcavüzkar terror aktını həyata keçirmək üçün 32 mərtəbəli oteli hədəf seçib. Hadisə nəticəsində 59 nəfər ölüb, 527 nəfər yaralanıb.
Şiddətli təcavüzkar təqaüdə çıxmazdan əvvəl mühasib vəzifəsində çalışan 64 yaşlı Amerikalı Stephen Peddok olub. Hücumçu polisin hadisə yerinə gəlməmişdən əvvəl özünü öldürüb. Lakin indiyədək təqaüdçünün belə bir addım atmasının səbəbləri məlum deyil.
Misir
Cari ilin aprelin 9-da Misirdə bir neçə saat ərzində məsciddə iki partlayış baş verib. İlk partlayış hadisəsi səhər saatlarında baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 80 nəfər yaralanıb. İkinci terror hadisəsi nəticəsində 17 nəfər ölüb, onlardan 4 nəfəri polis əməkdaşı olub.
Mayın 26-da Misirdə xristianları aparan avtobusa silahlı hücum edilib. Nəticədə 35 nəfər yaxın insan ölüb, 20 nəfər yaralanıb.
Misirdə məsciddə növbəti partlayış 24 noyabr tarixində baş verib. Misir KİV-lərinin verdiyi məlumata görə, faciə Sina yarımadasının şimalında Bir al-Abed şəhərində baş verib. Mətbuatın açıqladığı xəbərlərə görə, terroristlər əvvəlcə məbədi havaya uçurub, daha sonra ərazini bağlayaraq, ölümdən qaçmağa çalışanlara atəş açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB