Qazax sakini qardaş qatili olub

Qazax rayonunun Daş Salahlı kənd sakini qardaşını öldürüb. Pənah Novruzov adlı şəxs kiçik qardaşı Nahimi üç bıçaq zərbəsi ilə qətlə yetirib. Qazax rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi güman edilir. Digər ehtimal isə Pənah Novruzovun içkinin təsiri altında olmasıdır. Çünki həmin gün qonşuluqda toy olub.

Artıq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə