Bakı-Qazax yolunda yol qəzası baş verib

Bakı-Qazax yolunda yol qəzası baş verib

Bakı-Qazax avtomobil yolunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Report-un məlumatına görə, yolun Şəmkir rayon Mahmudlu kəndi ərazisindən keçən hissəsində "VAZ-2107" markalı avtomobil ilə "VAZ" markalı başqa bir maşın toqquşub.

Nəticədə 2 nəfər - 1957-ci il təvəllüdlü Gəncə şəhər sakini Usubova Sahibə İsfəndiyar qızı və 1987-ci il təvəllüdlü Nidxun Nadir oğlu İsmayılov müxtəlif bədən xəsarətləri alıb. Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə