Cənub bölgəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 30 fakt qeydə alınıb
2010-cu ilin 9 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı Lənkəran rayonunda 25 fakt, Astara rayonunda isə 3 fakt qeydə alınıb. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsi üzrə regional şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, ümumilikdə cənub bölgəsində qeydə alınan 30 cinayət faktı ilə bağlı 22 nəfər məsuliyyətə cəlb olunub. Bunlardan 1-i iran İslam Respubliasının vətəndaşı olub. 30 faktın 15-i satış, 11-i saxlama, 2-si əkin, 2-si də qaçaqmalçılıqla bağlıdır. Həmin faktlar üzrə dövriyyədən çıxarılan ümumi çəkisi 4 kiloqram 404 qram olan narkotik vasitənin 2 kiloqram 93 qramı heroin, 2 kioqram 218 qramı marixuana, 45 qramı həşiş, 49 qramı tiryək olub.
Ümumi çəkisi 7 kiloqram 380 qram olan 252 ədəd çətənə kolu, 24 ton yabanı xaş-xaş bitkisi yandırılaraq məhv edilib. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə bu il 20 fakt az aşkar olunub. Belə ki, ötən il 50 fakt üzrə 111 kiloqram 662 qram narkotik vasitə tutulub.
Qeyd edək ki, hesabat dövrü ərzində cənub bölgəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı ən çox cinayət faktı Lənkəran və Astara rayonlarında qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB