Dəm qazından zəhərlənənlərin STATİSTİKASI

Dəm qazından zəhərlənənlərin STATİSTİKASI

2016-cı illə müqayisədə dəm qazından zəhərlənmələr azalıb. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, KİV-də aparılan marifləndirmə işləri nəticəsində bu hallar əhəmiyyətli dərəcədə azalıb:

"2016-cı ildə 455 nəfər dəm qazından zəhərlənib. Aparılan təbliğat nəticəsində 2017-ci ildə bu rəqəm 207 olub. Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olanlardan 1 nəfər ölüb. Ötən il isə ölüm halı olmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə