Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza dünən axşam Xaçmaz -Xudat yolunun 1-ci km-də qeydə alınıb. "VAZ 2107" markalı maşınla "Volkswagen" markalı avtomaşın toqquşub. Xəsarət alan "VAZ 2107-nin sürücüsü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib, ilkin tibbi yardımdan sonra tibb müəssisəsini tərk edib. Faktla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB