Azərbaycanlı zəvvarların İraqda yaralanması və ölümü ilə nəticələnən hadisənin təfərrüatları açıqlanıb
Azərbaycanlı zəvvarların İraqda yaralanması və ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları açıqlanıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, minaya düşərək partlayan azərbaycanlı zəvvarların getdiyi avtobus deyil, onun arxasınca gələn "Hyundai" markalı maşın olub. Ölən və yaralananlar məhz həmin maşında olan azərbaycanlı zəvvarlardır.
Şəxsi avtomobillə ziyarətə gedən azərbaycanlı zəvvarların maşını İraqın Diyala əyalətində minaya düşərək partlayıb. Zəvvarlardan biri - İntiqam Rüstəmov dünyasını dəyişib.
Azərbaycanın İordaniyadakı səfirliyindən XİN-ə bildiriblər ki, yaralılar Bakula əyalətinə çatdırılıblar. Yaralılardan Elvin Aslanovun ayağında cərrahiyyə əməliyyatı aparılması üçün təcili Bağdada aparılıb. Digər iki nəfərin yarası yüngüldür.
Hazırda səfirlik həlak olmuş zəvvarın cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparır.
Ziyarətə avtobusla gedən zəvvarlar isə sağ-salamat Kərbəlaya çatıblar.
XİN-dən xatırlatmışlar ki, nazirlik hələ mart ayında İraqa səyahətin təhlükəli olması barədə Azərbaycan vətəndaşlarını xəbərdar etmiş və onları bu ölkəyə səfərdən çəkinməyi tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB