Dağlıq Qarabağda erməni əsgəri xidmət yoldaşını güllələdi

Dağlıq Qarabağda erməni əsgəri xidmət yoldaşını güllələdi

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisi olan Dağlıq Qarabağda erməni əsgər xidmət yoldaşını güllələyib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 11-də saat 19.30-da baş verib. Belə ki, erməni əsgəri xidmət yoldaşı -1996-cı il təvəllüdlü Narek Marzpetuni Adibekyana silahdan atəş açaraq qətlə yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə