Mingəçevir şəhərində yanğın hadisəsi olub.
SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata əsasən, çoxmərtəbəli yaşayış binasının şaxtasında 30 p.m kabel yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənən 5 nəfər xilas edilib və 37 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə