Mingəçevirdə yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 20 m2 olan 1 otaqlı mənzildə 6 m2 sahədə ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB