Həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb

Həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb

Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb.

Rayon sakini Nərman Şahid oğlu İsayev ona məxsus “VAZ 21064” markalı 62 BF 068 dövlət nömrə nişanlı minik avtomobilinin oğurlanması barədə Zaqatala rayon polis Şöbəsinə müraciət edib.

Müraciət əsasında aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində Nərman İsayevə məxsus maşını dekabrın 7-dən 8-ə keçən gecə elə onun həmyerlisi Elnur Məmməd oğlu Novruzovun qaçırması məlum olub. Tədbir nəticəsində Elnur Novruzov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə