Lənkəran rayonunda xuliqanlıq hadisəsi baş verib. Lənkəran şəhər Polis Şöbəsindən (ŞPŞ) SİA-nın cənub bürosuna verilən məlumata görə, oktyabrın 13-də şəhərin Ləvəngi dairəsində, rayonun Şilavar kənd sakinləri, Qadir və Şamil Kəlbiyevlər doğma dayıları, 1965-ci il təvəllüdlü Əlqan Alxas oğlu Rəhimovu möhkəm döyərək ona ağır bədən xəsarətləri yetiriblər.
Polis əməkdaşlarının yaxınlaşdığını görən qardaşlar hadisə yerindən qaçıblar. Ə.Rəhimov qapalı kəllə-beyin travması, burnun sınması və qanaması diaqonuzu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
Növbətçi həkim Mirzə Baxşıyevin sözlərinə görə, Ə.Rəhimovun vəziyyəti orta-ağırdır. Hadisənin bacı oğlanları ilə dayı arasındakı şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.
Dayılarına xəsarət yetirən qardaşların saxlanılması üçün tədbirlər görülür.
Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB