Lənkəranda “Niva” sərxoş piyadanı vurub

Lənkəranda “Niva” sərxoş piyadanı vurub

Lənkəran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən SİA-nın cənub büosuna verilən məlumata görə, hadisə oktyabrın 12-də saat 21.30 radələrində Ələt-Astara magistral yolunun 213-cü kilometrliyində, Bürcəli kəndi ərazisində qeydə alınıb.

Rayonun Səpnəkəran kənd sakini,1992-ci il təvəllüdlü Xəyal Gəray oğlu Həmzəyev sərxoş halda yolu keçərkən Astara rayonu Miki kənd sakini, 1969-cü il təvəllüdlü Əliyev İbrahim Ağababa oğlunun idarə etdiyi "Niva"markalı 10 KB 475 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub.

Kəllə-beyin xəsarəti ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan piyadaya ilkin yardım göstərilib.

Hazırda G.Həmzəyevin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə