İstanbulda iki metrobus toqquşub, xeyli sayda insan yaralanıb

İstanbulda iki metrobus toqquşub, xeyli sayda insan yaralanıb

Dekabrın 3-də İstanbulun Bəylik düzü - Çevizlibağ Metrobus xəttində ağır yol-nəqliyyat hadisəsi baş verib. Yenibosna-Çobançeşmə stansiyası ərazisində iki metrobusun toqquşması nəticəsində 19 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə Metrobus xəttində hərəkətin iki saata yaxın dayanmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə