Quba rayonunda yanğın hadisəsi baş verib.
SİA-ya FHN-dən verilən məlumata əsasən, rayonun Qaraçay kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli kafenin lambirdən ibarət tavanı 30 m² sahədə, 2 ədəd soyuducu və yaxınlıqda olan ümimi sahəsi 21 m² olan vaqon tipli köməkçi otağın taxta konstruksiyadan ibarət divar üzlüyü yanıb.
Yanğından kafenin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB