Masallı rayonunda ağır yol qəzası baş verib. Masallı rayon Polis Şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, hadisə oktyabrın 12-də saat 21.00 radələrində Boradigah-Masallı yolunun Bədəlan kəndi ərazisində qeydə alınıb. Masallı rayonunun Qızılavar kənd sakini, 20 yaşlı Sirac Qulamhüseyn oğlu Məmmədovun idarə etdiyi "Mersedes" markalı, 90 BV 182 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yolun kənarındakı kanala düşüb. Nəticədə sürücü S.Məmmədov və maşındakı sərnişinlər-Masallı rayonunun Qızılavar kənd sakinləri, 36 yaşlı Nemət Balakişi oğlu Bayramov və 31 yaşlı Ramin Heydər oğlu Lətifov aldıqları xəsarətlərdən hadisə yerində keçiniblər.
Faktla bağlı Masallı RPŞ-də araşdırmalara başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB