ANAMA Cocuq Mərcanlıda işləri davam etdirir

ANAMA Cocuq Mərcanlıda işləri davam etdirir

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə təmizləmə əməliyyatları aparıb.

ANAMA-dan SİA-ya verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 43 616 kv.m (4.36 ha) ərazi tam təmizlənib, 22 400 kv.m (2.24 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 56 nəfər iştirak edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə