İranda 5 nəfər edam edilib

İranda daha 5 nəfər edam edilib. SİA-nın İranın dövlət televiziyası IRIB-in internet saytına istinadən verdiyi xəbərə görə, İsfahan həbsxanasında narkotik qaçaqmalçılığında təqsirli bilinən 5 nəfər asılıb.

Xatırladaq ki, İran qanunlarına əsasən, cinayət, silahlı basqın, təcavüz, narkotik qaçaqmalçılığında təqsirli bilinən şəxslər edam cəzasına məhkum edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə