Salyan və Oğuz rayonlarında ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Oğuz rayonunda ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 6 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Daha bir yanğın hadisəsi isə Salyan rayonunda qeydə alınıb. Rayonun Sarvan kəndində ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB