Sumqayıt şəhərində 4 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, şəhərdə ümumi sahəsi 110 kv.m olan 4 otaqlı mənzilin 1 otağının döşəməsi 6 kv.m sahədə və divar kağızı 4 kv.m sahədə yanıb.
Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB