Yataqxanada yanğın olub

Bakıda yataqxanada yanğın olub. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayonunda ikimərtəbəli yataqxananın 1-ci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik sayğacı və 2 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Bütün xəbərlər Facebook səhifəmizdə