Zaqatalada 2 otaqlı ev yanıb

Zaqatala rayonunda 2 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Əliabad qəsəbəsində ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə