Çoxmərtəbəli yaşayış binasında yanğın

Çoxmərtəbəli yaşayış binasında yanğın

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində binanın zirzəmisində 12 elektrik sayğacı, 12 elektrik açarı və 5 poqonmetr kabel yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 sakin təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə edilib, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə