Şirvan şəhərində 3 bal gücündə zəlzələ olub

Şirvan şəhərində 3 bal gücündə zəlzələ olub
Oktyabrın 11-i yerli vaxtla 23:50:23-də Şirvan şəhərindən 30 km şimali-qərbdə zəlzələ qeydə alınıb. Bu barədə SİA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumatda bildirilib ki, zəlzələ 12 ballıq MSK-64 cədvəli üzrə 3 bal gücündə olub. Zəlzələnin maqnitudasının 3.90, dərinliyi isə 37 km olduğu bildirilib.

Episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Binalarda dağıntı və insan təlafatı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə