Mağazada yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda mağazanın dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə və kondisioner yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yüksək temperaturdan lambirindən ibarət tavan 5 m2 sahədə əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə