Nərimanovda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Nərimanovda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Nərimanov rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, noyabrın 25-də saat 4 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Dinar Fardilon idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə