Misir hərbçiləri Sinay yarımadasında keçirilən xüsusi əməliyyat zamanı 30 silahlını məhv edib. APA-nın xəbərinə görə, bu barədə “SkyNews Arabia” telekanalı məlumat verib. Məlumata əsasən, hazırda ordu və xüsusi xidmət orqanları ekstremistlərin təlim düşərgələrinin axtarışı ilə məşğuldurlar.
Qeyd edək ki, noyabrın 24-də Misirin Sinay yarımadasında məsciddə törədilən partlayış nəticəsində 235 nəfər ölüb, 100-dən çoxu yaralanıb. Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB