Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 90 m2 olan avtomobil yuma məntəqəsinin içərisindəki əşyalar yanıb, yüksək temperaturdan lambirdən ibarət tavanı əriyib.
Yanğın zamanı orada işləyən 1 nəfər avtomobil yuma məntəqəsində tüstüdən zəhərlənib. Avtomobil yuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB