Bakı Dövlət Universitetində mühafizəçi tələbəni döyüb - HADİSƏ

Bakı Dövlət Universitetində mühafizəçi tələbəni döyüb - HADİSƏ
Bu gün Bakı Dövlət Universitetində xoşagəlməz hadisə baş verib. SİA-nın etibarlı mənbələrdən aldığı xəbərə görə, universitetdə işləyən mühafizəçi orada təhsil alan tələbəni döyüb.

Məlumatda bildirilir ki, universitetə daxil olmaq istəyən tələbədən mühafizəçi bilet tələb edib. Tələbənin cavabı onu qane etmədiyindən mühafizəçi tərəfindən döyülüb. Tələbənin universitetin jurnalistika fakultəsinin 4-cü kurs tələbəsi olduğu bildirilir.

Məlumatda o da qeyd edilir ki, davanın iştirakçısı olan mühafizəçi aqressivliyi ilə tanınır.

Bütün xəbərlər Facebook səhifəmizdə