Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib. Lənkəran Rayon Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə oktyabrın 11-də saat 02.45 radələrində rayonun Liman şəhərində qeydə alınıb.
Liman şəhər sakini, 1982-ci il təvəllüdlü Kamil Xudu oğlu Eyvazov şəxsi münaqişə zəminində həmyerliləri, 1981-ci il təvəllüdlü Anar Rəhim oğlu Həbibovu və 1989-cu il təvəllüdlü Kamran Kamil oğlu Səlimovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılarkən, A.Həbibov aldığı xəsarətdən yolda dünyasını dəyişib. Xəstəxananın həkimi Fazil Məmişovun sözlərinə görə, sol budundan yaralanmış K.Səlimov isə xəstəxanada müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törətmiş K.Eyvazovun yaxalanması istiqamətində tədbirlər görürlər.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB