Bu gün gecə saat 01:00 radələrində Qusar rayonun Piral kəndində qətl hadisəsi baş verib. SİA-nın məlumatına görə, spirtli içki qəbul edən iki dost arasında düşən mübahisə bıçaqlı münaqişə ilə yekunlaşıb. Qusar rayon prokurorunun köməkçisi Seymur Budaqovun sözlərinə görə, 1986-cı il təvəllüdlü Sakit Ağaşərifov münaqişə zəmnində həmkəndlisi Şalbuzov Vadikin qolundan xəsarət yetirib. Vadik Şalbuzov isə Saktin bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurub. Sakit aldığı yaralardan Qusar rayon Mərkəzi xəstəxanasında keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi qaldırılıb. Vadik Şalbuzov polisin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB