Baş Prokurorluq "Gelandewagen"lə piyadanın vurulmasına münasibət bildirdi
Bakı şəhər Prokurorluğu Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.
Bakı şəhər Prokurorluğundan SİA-ya verilən məlumata görə, məlum yol-nəqliyyat hadisəsinin “Mercedes Gelandewagen” markalı avtomobillə törədilməsi barədə yayılan məlumatlar yalandır: “Belə ki, noyabrın 13-də Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində, Aeroport yolunda Bakı şəhər sakini, 2-ci qrup əlil, 1959-cu il təvəllüdlü Vəliyev Abbas Əli oğlu idarə etdiyi “Toyota Prado” markalı, 90-XX-747 dövlət nömrə nişanlı avtomobillə yolun hərəkət hissəsində piyada, 1971-ci il təvəllüdlü Quliyev Natiq Məmməd oğlunu vurub. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB