Göyçay rayonunda yol qəzası baş verib.
SİA-nın məlumatına görə, hadisə şəhərin Nizami küçəsində baş verib.
Rayon sakini, 1983-cü il təvəllüdlü Həsənov Nurlan Zakir oğlunun idarə etdiyi "VAZ" markalı avtomobil rayon sakini, 1989-cu il təvəllüdlü Xəlilov Adil Şahib oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
A.Xəlilov ağır kəllə-beyin travması aldığından xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB