Dağıdıcı zəlzələdə ölənlərin sayı 200-ə çatıb

Dağıdıcı zəlzələdə ölənlərin sayı 200-ə çatıb

İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 200-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İranın Səhiyyə naziri Kassema Can Babayi açıqlama verib. O yaralıların sayının 1500-dən artıq olduğunu dilə gətirib.

Qeyd edək ki, ötən gün iran və iraq sərhəddində 7.2 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Bağdaddan 204 kilometr şimal-şərqdə və İranın Kermanşah şəhərindən 104 kilometr qərbdə qeydə alınıb.

Qırmızı Aypara Cəmiyyətinin verdiyi açıqlamaya görə, İranda təxminən 70 min insan evsiz qalıb, zərərçəkənlər çadır düşərgələrinə yerləşdirilir.

Hökumət fəlakətin törətdiyi problemlərin qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir. Dağıdıcı yeraltı təkan İraqa da təsirsiz ötüşməyib. Orada 6 nəfər ölüb. Türkiyə İraqa kömək etməyə hazır olduğunu bildirib. Artıq bölgəyə mobil qruplar göndərilib, Türkiyə xəstəxanaları yaralıların qəbul edilməsi üçün hazırlıqlara başlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə