İmişlidə iribuynuzlu heyvan oğurlayan kənd sakini saxlanılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 4-nə keçən gecə İmişli rayonunun Qaradonlu kəndinin otlaq sahəsindən kənd sakini, Camal Heydərova məxsus 4 baş inək oğurlanıb.
İmişli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı iribuynuzlu inəkləri oğurlamaqda şübhəli bilinən Qaradonlu kənd sakini Asya Mehbalıyeva şübhəli şəxs qismində saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB